Bu gün “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turniri start götürüb.
İki gün davam edəcək turnirin birinci günündə Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparır.
Belə ki, şahmatçımız startda fransalı Maksim Vaşye-Laqrava uduzsa da, növbəti görüşdə rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib. Sonrakı qarşılaşmalarda Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində qələbə qazanıb. Şahmatçımız keçirdiyi 9 görüşdə 3 qələbə, 2 heç-heçə və 4 məğlubiyyətılə yadda qalıb.